Bu gün Milli Məclisinin Əmək və Sosial siaysət komitəsinin iclası keçirilib. İclasda "Sosial sığorta haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, iclasda yeni hazırlanan "Turizm haqqında" qanun layihəsi yenidən müzakirə olunub. Layihə haqqında məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsi həcm baxmından çox böyükdür:
Lakin biz layihədə bütün turizm sahəsini ehtiva ediriksə, o zamanlayihədə bütün məsələlər öz əksini tapmalıdır. Layihədə çox maraqlı müddəlar var.
Biz "Turizm haqqında" qanun layihəsinin bu ayın sonu və ya mayın ilk ongünlüyündə yenidən müzakirəyə çıxaracağıq. Layihə yenidən rəylərə göndərilə bilər. Vaxtilə mənfi rəy formalaşdıran təşkilatlar düşünürəm ki yenidən layihə ilə əlaqədar fikirlərini bildirsinlər".
Komitə sədri diqqətə çatdırıb ki, Moskvada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyi yaradılıb:
"Hər kəsə məlumdur ki, onlar vaxtilə, Bodrum, Antalya, Türkiyənin bir çox yerlərinə istirahət etməyə gedirdilər. Lakin Rusiya-Türkiyə arasındakı münasibətlər bu sahədə boşluq yaradıb. Biz bu boşluqdan istifadə edərək turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində ciddi çalışmalıyıq. Artıq onların saytları da fəaliyyət göstərir.
Bundan əlavə belə bir mərkəz Türkiyədə də yaradılıb. Bu gün gündəmdə olan məsələlərdən biri özünəməşğulluqdur ki, onun da bir qolu turizmə gəlib çıxır. Bütün bunlar ona gətirib çıxarı ki, biz "Turizm haqqında" qanunla ciddi məşğul olmalıyıq. Hər zaman deyirdik ki, ölkəmizdə 5 ulduzlu otellər çoxluq təşkil edir. Amma hazırda ölkəmizdə 3, 4 ulduzlu otellər var və turizmin digər formaları da vüsət almağa başlayıb". Deputat Rauf Əliyev isə bildirib ki, ötən dəfə komitə iclasında "Turizm haqqında" qanun müzakirə edilib:
"Belə qərara aldıq ki, həmin iclasda səsləndirilən təkliflərlə əlaqədar baş nazirə ümumi bir məktub ünvanlayaq. Amma nədənsə bu məsələlərdən xəbər çıxmadı.
Mənim nazir Əbülfəs Qarayevə böyük hörmətim var. Çünki bu gün nazir turizmin inkişaf etdirilməsində böyük işlər görür. Amma ötən iclasda bizimlə müzakirələrə qatılan nazir müavininin deyəsən heç turizm sahəsindən xəbəri yoxdur".
Komitənin digər üzvü Araz Əlizadə bildirib ki, "Turizm haqqında" qanunu nəzərdən keçirib və bu qanun bir dərslik vəsaitini xatırladır: "Qanun nəzəriyyə üçün yox, fəaliyyət üçün əsas olmalıdır. Bu, dərslik deyil. Nazirlikdə bunu qanunu ordan-burdan yığıblar sonra göndəriblər ki, Milli Məclisin hüquq şöbəsi işləsin. Qanun praktiki rol oynamalıdır, bu isə tam nəzəridir". O qeyd edib ki, ötən komitə iclasında müzakirələr zamanı təklif edildi ki, qiymətlər aşağı salınsın:
"Nazir müavini isə bizə deyir ki, kim necə istəyirsə elə də ulduz yapışdırıb. Ulduz yapışdırmaq sizin nazirliyin səlahiyyətinə aiddir. Ulduzları siz verirsiniz. Belə çıxır ki, sabah taxta bir ev tikim üstünə 7 dənə ulduz yapışdırım. Azərbaycan Turizm Nazirliyinin Türkiyədə nümayəndiliyinin yaradılması absurddur.
Guya oradan bizə turist göndəriləcək? Biz elə yerlərdə nümayəndəlik yaratmalıyıq ki, oradan ölkəmizə turist gəlsin. Novruz bayramında Bakıya turistlər gəlmişdi. Onlar hamısı bayramda gələn turistlərdir. Gəlin baxaq yay fəslində həmin turistlər gələcəkmi? Bu qiymətlərlə inanmıram ki, kimsə bura gəlsin".