Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində "Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi sözlərindən sonra "Cavid Qurbanov - "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri sözləri əlavə edilir.
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Türkiyə tərəfinə bildiriş göndərmək tapşırılıb.