Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.

"Unikal" xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. Baş nazir bildirib ki, Azərbaycanla sülhə aparan əsas şərt Qarabağ məsələsinin həlli olub. Onun sözlərinə görə, münaqişənin davam etməsi ölkədə sabitliyə imkan vermirdi:

“Mən əvvəldən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə ölkəni idarə edəcəyəm. Əgər xalq bu mövqeyimlə razılaşmasaydı, inqilab edərdi. Amma siz də anladınız ki, Qarabağ məsələsi həll olunmasa, sülh mümkün deyil. Bəzi qüvvələr isə bu mövzudan yalnız Ermənistandakı daxili problemlərinin həlli üçün istifadə ediblər”, – Paşinyan vurğulayıb.