Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laqutu ölkəmizdə yeni səfir postuna təyin olunması münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, diplomatımız bu barədə özünün X səhifəsində yazıb. 

"Sizi səmimi qəlbdən təbrik edirəm, əziz həmkarım Sofi Laqut. Ümidvaram ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək", - deyə o qeyd edib. 

Fransalı diplomat isə azərbaycanlı həmkarına xoş qarşılaması üçün təşəkkür edib: "Bakıya gələcək missiyama hazırlıqla bağlı apardığımız müzakirələrə görə təşəkkür edirəm. 

İki ölkə arasında əlaqələri gücləndirmək üçün tezliklə müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm!"

Ağarza Elçinoğlu