Bakıda intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə şəhərin Xətai rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini 1969-cu il təvəllüdlü Ceyhun Behbud oğlu Əliyev özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.