Bakının Yasamal rayonunda minik maşını ilə yük avtomobili toqquşub.

Unikal.org report-a istinadən xəbər verir ki, "90-DO-495" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili hərəkətdə olan zaman "DAF" markalı yük avtomobilinin arxa hisəssinə çırpılıb.

Nəticədə minik avtomobili deformasiyaya uğrayıb. Sürücü yüngül bədən xəsarətləri alaraq poliklinikaya yerləşdirilib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.