Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən bildirir ki, Hüseyn Cavid prospekti ilə hərəkət edən 2001-ci il təvəllüdlü Məhyəddinov Cahandar Əziz oğlunu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.