İmişlidə məktəblini ilan sancıb.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hadisə rayonun Oruclu kəndində baş verib. Belə ki, Oruclu tam orta məktəbin 8-ci sinif şagirdi Həsənli Amil ötən gün axşam saatlarında dərsdən çıxarkən onu qəfil ilan sancıb. Dərhal məktəblini valideynləri rayon xəstəxanasına aparıb.

Hazırda onun səhhəti qənəatbəxş deyil. Valideynləri Amil Həsənlini Bakıya gətirir.