Ötən gecə İsmayıllı rayonunda iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələri deformasiyaya uğrayıb.

Unikal.org xəbər verir ki. Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, qəzada ölən 7 nəfərin meyiti tanınmaz hala düşüb. Onlardan 3-ün kimliyini hadisədən bir neçə saat sonra tam dəqiqləşdirmək mümkün olub.

Məlumata görə, "Opel Zafir markalı avtomobildə olan şəxslər - Şəki sakini, 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, onun qızları - 1998-ci il təvəllüdlü Rufanə, 2001-ci il təvəllüdlü Turanə, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun oğlanları - 2003-cü il təvəllüdlü Sahib və 2006-cı il təvəllüdlü Cavid aldıqları xəsarətdən hadisə yerində ölüblər.

"Opel Zafiraya baxış zamanı oradan başqa 3 uşağın - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlının məktəbli çantası tapıldığı üçün hadisə yerində işləyən aidiyyəti qurumların nümayəndələri ilkin ehtimal kimi həmin uşaqların öldüyü qənaətinə gəliblər. Tanınmaz hala düşmüş meyitlərin müayinəsi və onların yaxınlarının müraciəti əsasında uşaqların şəxsiyyəti daha sonra tam dəqiqləşdirilib.

"Toyota Prado nun sürücüsü olan və ağır xəsarətlər alan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Vilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

00:53

Sentyabrın 26-da axşam saatlarında İsmayıllı rayonunun Topçu kəndində dəhşətli yol qəzası baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, "Opel Zafira və "Prado markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "Opelin içərisində olan 7 nəfər ölüb.

Dünyasını dəyişənlər arasında uşaqlar da var.

"Pradonun "Gilan şirkətinə məxsus olduğu qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

***09:30

İsmayıllı rayonunda "Toyota və "Opel markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) unikal.org-a verilən məlumata görə, nəticədə "Opel markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölmüş, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.