Lənkəran şəhərind gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə "Aztelekom" İstehsalat Birliyinin Lənkəran şəhər 4 â„–-li EATS-də baş verib.
Belə ki, idarənin mühafizəçisi, rayonun Şağlaser kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Cəbrayıl oğlu Şirəliyevin meyiti səhər saatlarında işə gələn idarənin əməkdaşları tərəfindən xidməti otağında tapılıb. İlkin ehtimallara görə, E.Şirəliyev ürəktutmadan ölüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.