"10 aylıq körpə qabıqlı günəbaxan tumu yeyib. Valideynlər də əvvəl çöpçüyə aparıblar. Çöpçü deyib ki, mənlik deyil, gedin cərrah baxsın".
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Uşaq Cərrahiyyəsi və Urologiyası Uzmanı Op.Dr.Fuad Hüseynov sosial şəbəkədə yazıb. Həkim bildirib ki, uşaq qabıqlı günəbaxan tumu yediyi zaman valideynləri boğulduğunu görüb:
"Uşaqda xırıltılı öskürək, tənginəfəslik başlayan zaman ailə narahat olub. Təbii ki, azərbaycanlı olduğu üçün əvvəlcə çöpçüyə müraciət ediblər. Çöpçüdən ümidləri kəsildikdən sonra isə bizə.
Aparılan müayinələr nəticəsində məlum olub ki, uşağın nəfəs borusunda yad cisim var. Uşaq təcili cərrahi əməliyyata alınıb. Bronxoskopiya edilərək nəfəs borusundakı günəbaxan tumu çıxarılıb. Xəstə 1 gün sonra tam sağlam evə yola salınıb".