Tovuz rayonunda polis əməkdaşı qəzaya düşüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndi ərazisində baş verib.

Belə ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı, Azər Dostuyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Əli Tağıyevin idarə etdiyi avtomobillə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.