Bu ilin iyun ayının 8-də Bakıda avtobus dayanacağında olarkən "Nissan Gashgai markalı, 99 CH 185 dövlət nömrə nişanlı avtomobilin vurduğu fotoqraf Azər Həmzəyev vəfat edib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, bu barədə fotoqrafın dostları bildiriblər. Həkimlərin səylərinə baxmayaraq koma vəziyyətində olan Azər Həmzəyevin həyatını xilas etmək mümkün olmayıb və o, bu gün xəstəxanada keçinib.
Qeyd edək ki, məlum hadisə iyunun 6-də səhər saatlarında Heydər Əliyev prospektinin Suraxanıdan keçən hissəsində baş verib. Sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxaraq avtobus dayanacağına toplaşmış insanlara çırpılıb.
Həmin qəza nəticəsində ağır xəsarət alan və 3 gün sonra ölən 1978-ci il təvəllüdlü Tahirə Mahruzovanın yaxınlarını tapmaq hələ də mümkün olmayıb. Avtomobilin vurduğu digər 2 nəfər isə müalicə edildikdən sonra evə buraxılıb.