Tovuz rayonunda toyda kütləvi dava olub.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində baş verib.

Toyda sərxoş vəziyyətdə olan bir-neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.

Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.