Sumqayıt şəhərində avtomobil piyada qadını vuraraq öldürüb.

Unikal.org DİN-in saytına əsasən xəbər verir ki, hadisə dünən saat 20 radələrində qeydə alınıb.

Belə ki, şəhər ərazisində Xaçmaz rayon sakini Nahid Eldarov idarə etdiyi "Jeep Grand Cherokee markalı avtomobillə yolu keçən şəhər sakini Mətanət Qürbətovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.