Masallıda iki avtomobil toqquşub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Masallının Şıxlar kəndi ərazisində qeydə alınıb.
Toqquşma nəticəsində Şıxlar kənd sakini, 1958-ci il təvəllüdlü Nadir Xanlar oğlu Balakişiyev ağır xəsarət alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.
Qəzanın təfərrüatları müəyyənləşdirilir.