"Oktyabrın 5-dən etibarən hava sabitləşəcək, yağış kəsəcək, temperatur yüksələcək.
Unikal.org xəbər verir ki, bunu "Reporta açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, hazırda ölkə ərazisində yağmurlu hava şəraiti müşahidə olunur: "Bəzi yerlərdə yağış leysan xarakterli, intensivdir. Axşam bəzi ərazilərdə isə qar yağıb. Qeyri-sabit hava şəraiti sabah da davam edəcək.
G.Məmmədova qeyri-sabit hava şəraitinin oktyabr ayının 5-dən etibarən düzələcəyini deyib. Onun sözlərinə görə, oktyabrın 5-i gündüz saatlarından havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək.