Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycan üzrə əsas təmsilçisi olduğu bildirilən F. Y. (ad və soyadının baş hərfi) saxlanılıb.
Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunur ki, təşkilatın önəmli şəxslərindən olan F. Y. Türkiyəyə daxil olarkən barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçildiyinə görə saxlanılıb.
Ankara Polis Baş İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarına təhvil verilən şübhəli bölməyə aparılıb.