Yevlaxda 17 yaşlı oğlan atdan yıxılaraq xəstəxanalıq olub.
"Unikal"ın məlumatına görə, hadisə Hacıselli kəndində baş verib. Belə ki, 2008-ci il təvəllüdlü rayon sakini Rövşən İsmayılov atdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı gənc dərhal doğmaları tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov