Oktyabrın 21-də Gürcüstanda yerli özünü idarəetmə orqanları və Tbilisi şəhəri merinin seçkiləri keçiriləcək. Mən mer seçilsəm, Tbilisidəki Bakı küçəsini əsaslı təmiri və yenidən qurulması üçün əlimdən gələni edəcəyəm.

Unikal.org AzərTAc-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın sabiq energetika naziri, hakim "Gürcü arzusu-demokratik Gürcüstan partiyasından Tbilisi şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze söyləyib.

Kaladze deyib: "Tbilisi şəhərindəki köhnə küçələrin təmiri prioritet məsələlərdən biridir. Onlardan biri də Bakı küçəsidir. Azərbaycan bizim üçün yaxın qonşu və dost ölkədir. Hesab edirəm ki, Bakı küçəsi də öz görkəmini dəyişməli və yenilənməlidir.