Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, görüşlər oktyabrın 11-də Soçidə MDB ölkələri rəhbərlərinin Şurası və Avrasiya İqtisadi Ali Şurası çərçivəsində baş tutacaq. Uşakovun sözlərinə görə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edəcəyini təsdiqləyiblər.
Qırğızıstana gəldikdə isə bu ölkə toplantıda baş nazir səviyyəsində təmsil olunacaq. Çünki ölkə prezidenti Almazbek Atambayev prezident seçkilərinə hazırlıqla məşğuldur.