İçərisində Myanmalı müsəlmanlar olan qayığın qəzaya uğraması nəticəsində 10-u uşaq olmaqla 12 nəfər ölüb.
Unikal.org "Haberturk"ə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı öz hesabatında bildirib.
Məlumata əsasən, onlar Myanamada fanatik buddistlərin hücumlarından qaçaraq Banqladeşlə sərhəddə yerləşən Naf çayını keçmək istəyirmişlər. Qayıq oktyabrın 9-da gecə saatlarında Banqladeşin Şah Porir Dvayp məntəqəsi yaxınlığında qəzaya uğrayıb.
Xilasetmə tədbirləri nəticəsində 13 nəfər xilas edilib. İtkin düşən daha 25 nəfərin xilas edilməsi üçün axtarış tədbirləri həyata keçirilir.