Rusiya kütləvi qırğın silahlarının yayılmasının əleyhinədir. Buna İran da daxildir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

Putin qeyd edib ki, Rusiya dinc nüvə enerjisinin inkişafında İrana dəstək verməyə hazırdır.

Onun sözlərinə görə, İranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququ var: "MAQATE-də İranın nüvə silahı yaratmağa cəhd etməsi barədə məlumat yoxdur".

Ağarza Elçinoğlu