"Ukrayna daha yaxşı taleyə layiqdir və münaqişənin uzanmasında maraqlı olan üçüncü tərəflər tərəfindən alət kimi istifadə edilməməlidir".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Sky News Arabia" telekanalına açıqlamasında deyib.
"Üçüncü tərəflər münaqişəyə son qoymaqda deyil, Ukraynadan öz maraqları üçün istifadə etməkdə maraqlıdırlar", - deyə o, əlavə edib.
Putin ümidvar olduğunu bildirib ki, Ukrayna gələcəkdə öz milli maraqlarına diqqət yetirəcək və onun fikrincə, Kiyevdəki hazırkı hökumətin arxasında duran xarici qüvvələri razı salmaq üçün hərəkət etməyəcək.