Türkiyə-Ermənistan münasibətlərinin normallaşması zaman məsələsidir.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən Türkiyədəki erməni icmasının nümayəndələri ilə görüşü zamanı deyib.
"Bizdən ardıcıl olmaq, fəal işləməyə davam etmək, aktiv dialoqu davam etdirmək, qarşı tərəfi dinləmək və öz mövqelərimizi mümkün qədər əlçatan şəkildə təqdim etməyə çalışmaq tələb olunur. Bütün bu faktların və arqumentlərin ünsiyyəti və qarşılıqlı əlaqəsi nəticəsində əminəm ki, nəticələrimiz olacaq", - o qeyd edib.
Paşinyanın sözlərinə görə, əvvəlki təcrübədən müəyyən nəticələr və dərslər çıxarmaq lazımdır: "Biz bu səfərdən gözləntiləri şişirtməməliydik. İki il əvvəl belə bir səfər şişirdilmiş gözlənti kimi qiymətləndirilə bilərdi. Yəni, bu gözlənti artıq özünü doğrultdu. Mənim təsəvvürümə görə gözlənti ondan ibarətdir ki, bu səfər dövlətlərarası dialoqun gələcək normal gedişini təmin etməlidir".
Ağarza Elçinoğlu