Çin gizli hərbi əməliyyatlar üçün ağcaqanad ölçüsündə pilotsuz təyyarələr istehsal edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Hunan əyalətindəki Milli Müdafiə Texnologiyaları Universiteti insanabənzər maşınlarla birlikdə kiçik dronu nümayiş etdirib.

"Əlimdə ağcaqanad kimi robot var. Bu kimi miniatür bionik robotlar xüsusilə döyüş meydanında informasiya kəşfiyyatı və xüsusi tapşırıqlar üçün əlverişlidir", - Mərkəzi Hərbi Komissiyanın üzvü yerli KİV-ə açıqlamasında deyib. 

Çinin həmçinin atış zamanı öz çəkisindən 3000 dəfə güclü qüvvəyə və 155 mm (6 düym) artilleriya mərmisinin sarsıdıcı yükünə tab gətirə bilən artilleriyadan buraxılan PUA-ları sınaqdan keçirdiyi bildirilir.