Hindistanın Maharaştra ştatında əkin sahələrinə vurulan dərmanlar insan ölümlərinə səbəb olub.
Unikal.org-un qafqazinfo-ya istinadən xəbər verir ki, tarlanı zərərli həşəratlardan qorumaq üçün vurulan dərmanlar ştat ərazisində avqustdan etibarən 20 əkinçinin ölümünə səbəb olub.
Dərmandan təsirlənən təsərrüfat işçilərində görmənin zəifləməsi, mədə bulanması, baş gicəllənməsi, baş ağrısı kimi narahatlıqlar müşahidə edilib.
Ölüm hallarının çoxalmasından sonra təşvişə düşən Hindistan hökumətinin həşərat əleyhinə dərmanların satışı ilə bağlı müvafiq qərarlar verəcəyi bildirilir.