Milli Məclisin sədri Oqtay Əsədov Belarusda Respublika Şurasının sədri Mixail Myasnikoviçlə görüşüb.

Unikal.org-un  məlumatına görə, səfər oktyabrın 13-dək davam edəcək.

Qeyd edək ki, O.Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Belarusa səfər edib.

Səfər çərçivəsində keçiriləcək görüşlər zamanı parlamentlərarası əlaqələr, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq, eləcə də digər məsələlərin müzakirə olunacağı planlaşdırılır.