Türkiyənin Manisa vilayətinin Kula bölgəsində qadınları fahişəliyə cəlb edən 62 yaşlı qadın həbs edilib.
Unikal.org xəbər verir ki, əməliyyat zamanı fahişəliklə məşğul olan 2 xarici vətəndaş saxlanılıb.
Kula Polis İdarəsinin açıqlamasında bildirilib ki, 62 yaşlı M.K., xarici ölkə vətəndaşıdır və o Kulada qadınları fahişəliyə cəlb etməklə nəzarətə alınıb.
Artıq məhkəmə qərarı ilə M.K., "zorla fahişəlik və insan alveri" ittihamı ilə həbs olunub.