Azərbaycanında dünəndən başlayan güclü külək bir neçə rayonda dağıntılara səbəb olub.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunda küləyin sındırdığı ağaclar maşınların ütünə düşüb, onları yararsız hala salıb.
Həmçinin Samux rayonunun Lək, Hacallı, Sərkar, Qovlarsarı kəndlərində ağacların qırılıb naqillərin üzərinə düşməsi nəticəsində elektrik enerjisinin verilişi dayanıb. Külək Qovlarsarı və Tatlı kəndlərində bir neçə fərdi yaşayış evinin dam örtüyünü qoparıb.
Rayon Fövqəladə Hallar Komissiyasından Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, artıq Sərkar və Qovlarsarı kəndlərində elektrik enerjisinin verilişi bərpa olunub.
Külək ağacları kökündən qopardı - Foto
Külək ağacları kökündən qopardı - Foto
Güclü külək Samuxda da bir sıra fəsadlar törədib. Rayonun Lək, Hacallı, Sərkar, Qovlarsarı kəndlərində ağacların qırılıb naqillərin üzərinə düşməsi nəticəsində elektrik enerjisinin verilişi dayanıb. Külək Qovlarsarı və Tatlı kəndlərində bir neçə fərdi yaşayış evinin dam örtüyünü qoparıb. Rayon Fövqəladə Hallar Komissiyasından Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, artıq Sərkar və Qovlarsarı kəndlərində elektrik enerjisinin verilişi bərpa olunub. Digər kəndlərdə də bu istiqamətdə iş aparılır.