"Aktyor seçimində heç vaxt güzəştə getmək olmaz. Bu, mənim nəvəmdir, bu sənin uşağındır, filankəsin qohumudur - belə şeylər olmamalıdır. Əgər bunu eləsən, sabah teatr salonuna tamaşaçı yığa bilməyəcəyik".
Unikal.org xəbər verir ki, bu sözləri publika.az-a xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov deyib. O hesab edir ki, seçimdə yanılan rejissor nəticədə tamaşaçı rəğbətini itirəcək: "Baxırsan ki, səhnədə ciyildəyir. Belə aktyorları səhnəyə buraxmaq olmaz. Ay bu hündürboy oğlandır, bu gözəl qızdır deyib, aktyoru küçədən seçmək olmaz. Gərək aktyorda gözəlliklə bərabər, peşəkarlıq və istedad da olsun".