Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat Hacı Qalib Salahzadə növbəti dəfə həcc ziyarətinə yollanacaq.
Unikal.org xəbər verir ki, bu barədə ölkə.az-a Q.Salahzadə özü açıqlama verib.
Keçmiş deputat indiyə kimi olduğu ziyarətgahlar barədə də danışıb:
"Mən iki dəfə Kəbə evinin içərisini ziyarət eləmişəm, 27 dəfə isə Həcc ziyarətində olmuşam. Kəbə evində birinci dəfə 2010-cu, ikinci dəfə 2015-ci ildə olmuşam. Ora hər adamı buraxmırlar. Oranın qapısı ildə iki dəfə açılır. Çox hörmətli ərəb dostlarımızın sayəsində Kəbə evini ziyarət edə bildim. Yəni, lap milyardın da olsa, oranı hər adam ziyarət edə bilməz".
Q.Salahzadə qeyd edib ki, 26 ildə 27 dəfə həcc ziyarətində olub. O, bunun səbəbini belə izah edib:
"1990-cı ildən bu yana isə hər il həcc ziyarətinə gedirəm. 2006-cı ildə həcc ziyarəti bir ildə iki dəfə oldu deyə, sayı bir dəfə artıq çıxır. Yəni 26 ilə 27 dəfə həccdə olmuşam. Bu il də inşallah 28-ci dəfə ziyarət edəcəyəm".