İstər, Avropa Şurası, istərsə də digər beynəlxalq qurumlar olsun, hər zaman Türkiyə təmsilçiləri Azərbaycan nümayəndə heyətinə dəstək olub. Ancaq Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Türkiyənin qurumdakı nümayəndə heyətinin əksər üzvləri Azərbaycanla bağlı qətnaməni dəstəkləyib.

Unikal.org Gununsesi.info-ya isinadən bildirir ki, AŞ PA-nın rəsmi saytında qardaş ölkənin ünlü siyasətçilərindən olan CHP-nin sabiq lideri Deniz Baykal, İlhan Kesici və Gülsüm Bilgehan qətnamənin lehinə səs veriblər.
Maraqlıdır ki, adıçəkilən şəxslər indiyə qədər hökumət əleyhinə olan heç bir məsələdə yer almayıb. Onların bu addımı təəccüb doğurmaya bilməz.

Qeyd edək ki, həmin sənəddə Azərbaycanda insan hüquqları tənqid olunur və hökumətdən bir sıra addımlar tələb edilir.