Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Şuradann Unikal.org-a daxil olan məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb və Azay Quliyev növbəti müddətə Şuranın sədri seçilib: "Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib".
Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə Vüsal Quliyev, İlqar Məmmədov, Zakir Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova, Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev, Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunub.