Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı Araz Ağalarovun başına iş gəlib.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki, biznesmen iki qabırğasını sındırıb. Bu haqda Ağalarov "Zhara TV"yə açıqlamasında deyib.

"Crocus Fitnessin açılış mərasiminə qatılan A.Ağalarov "İndi güclə dayanmışam. Daha iki həftə idmanla məşğul ola bilməyəcəm deyə, söyləyib.

Söhbətə müdaxilə edən müğənni Emin Ağalarov "Oğlan voleybol oynayıb deyərək, zarafat edib.