Rusiyanın Sankt-Peterburq şəhərindəki "Krestı həbsxanasında cəza çəkən "Albert Rıjiy ləqəbli avtoritet Əli Heydərov Moskvaya etap olunub.
Rusiyanın primecrime. ru saytının məlumatına görə, "Albert Rıjiylə bərabər "Krestı həbsxanasında "polejeniyaya baxan "Qoçi ləqəbli "qanuni oğrunun məktubu da Moskvadakı 4 saylı cəzaçəkmə müəssiəsinə daxil olub. Həmin məktubda Moskvadakı dustaqlara bildirilir ki, "Albert Rıjıy "qanuni oğrudur, onun adına hörmət edilməlidir. "Gəlin onu Oğru Evimizdə salamlayaq, uzun ömür, cansağlığı, sevincli günlər arzulayaq".
Unikal.org xəbər verir ki, "Yeni Müsavatın yazdığına görə, Əli Heydərov kriminal aləmdə "Albert Rıjiy və "Albert Gəncəli kimi tanınır. O, 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 36 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi iki ilə yaxın Sankt-Peterbuq şəhər Frunze Rayon Məhkəməsində davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməyə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.
2014-cü ildən həbsdə olan "qanuni oğru əsasən 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunub. Belə ki, həmin vaxt internetdə "JEEP avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruzenski rayonunun prokurorluğu nəzarətə götürüb. İstintaq iddia edirdi ki, cinayət işinin təşkilatçısı azərbaycanlı avtoritetdir.
"Albert Rıjıy kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. "Ded Xasan klanında yer alan "Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi təyin edilib.
"Ded Xasanın qətlindən sonra da ("Ded Xasan 2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də "Albert Arxangelsk kimi də tanınır. Xarakter etibarilə sərt olan azərbaycanlı "qanuni oğru bahalı maşınlar həvəskarıdır və tez-tez avtomobillərini dəyişir.
Onun "Lotu Quli (Nadir Səlifov) ilə münasibətlərinin hansı səbəbdən pis olduğu bilinmir, çünki onların hər ikisi "Ded Xasan klanı ilə yaxın əlaqələrə malik olublar. 2014-cü ildə isə "Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi "Lotu Qulinin adı hallanırdı.
Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer "Albert Rlıjıyı öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub. Moskva nömrəli "Audi A8"də öz qurbanını güdən killerləri yaxınlıqda daha bir avtomobil gözləyib. Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Polis bölməsində məlum ki, həbs edilənlər Naberejnıy Çelnı vilayətində qeydiyyatda olan Aleksey Şparuta və Ruslan Koryaqindir.
Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor zakon un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlham Hacıyev də həbs edilib. "Hamlet ləqəbi ilə tanınan avtoritet əvvəl təslim olmaq istəməyib və yaşadığı mənzilin balkonundan qaçmağa cəhd edib. İkinci mərtəbədən düşmək istəyərkən polislər ona pnevmatik silahdan atəş açaraq yaralayıblar. Yüngül xəsarət aldığından səhəri gün onu istintaq təcridxanasına aparıblar. İddia olunurdu ki, "Hamlet "Lotu Qulinin qohumudur.
Sifarişdə "Lotu Qulinin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəltdi. "Albert Rıjıy Piterdə "sxodka keçirdi və bu qətlinin sifarişçisi kimi "Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb olub, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən "sxodkada iştirak edən Aliksey Qudına ("Lexa İrkutski) "Albert Rıjıya sui-qəsddə həmyerlisi "Qulinin adının hallanmasına etiraz edir. Qudına iddia edir ki, sui-qəsd məsələsini "Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib. Muzdlu qatillər hesab edilənlər isə bəraət aldı.
"Albert Rıjıy 2014-cü il iyunun 9-da Türkiyənin Ədirnə şəhərində saxlanılıb. Elə həmin ay Türkiyədə "Lotu Qulinin qardaşı "Namiq Bakinski, "Nika Qaqrinski, "Qoça Rustavski, Rafət Əli Bayramlisnki", "Ceyhun Gəncinski və daha bir neçə nəfərin iştirakı ilə keçirilən "sxodkada "tacı əlindən alınıb.