Braziliyanın Qoyaniya şəhərində 13 yaşlı yeniyetmə məktəbdə odlu silahdan atəş açıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 2 şagird ölüb, daha 7-si yaralanıb.

Məlumata əsasən, yeniyetmə hərbi polisdə işləyən valideynlərinin silahından istifadə edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, yeniyetmə saxlanılıb.

Hazırda cinayətin motivləri araşdırılır.