Şəmkir sakini sirkə turşusundan zəhərlənib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Dəllər qəsəbə sakini 1991-ci il təvəllüdlü Ramilə Əliyeva sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.
R. Əliyevaya tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Yaxınları R. Əliyevanın bilmədən sirkə turşusu içərək zəhərləndiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.