Lənkəranda iki minik avtomobil toqquşub, xəsarət alanlar var.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəranın Zövlə kəndi ərazisində qeydə alınıb.
Kənd sakinləri - 1992-ci il təvəllüdlü Mirsəlam Əziz oğlu Abbaszadənin idarə etdiyi "Mercedes markalı 99 GA 562 markalı avtomobillə 1966-cı il təvəllüdlü Seymur Əsədovun idarə etdiyi "Opel markalı 42 BV 381 dövlət nömrə nişanlı avtomobil toqquşub. Güclü zərbə nəticəsində "Opel elektrik dirəyinə çırpılıb və dirək aşıb. Nəticədə "Opel-də olan iki nəfər xəsarət alıb və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanların qadın və azyaşlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.