Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb.

Nəticədə "Mercedes"də olan təqribən 50 yaşlı sərnişin, Yevlax rayon Tanrıqullar kənd sakini Hüseyn Hüseynov ağır kəllə-beyin travması alaraq Mirgəçevir xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.