Ağdaşın Ağzıbir kəndində mal-qaraya canavar hücumu olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə iribuynuzlu heyvanlar örüşdən qayıdan zaman baş verib.

Yırtıcılar çoban və yerli sakinlərin səs-küyündən sonra sürüdən uzaqlaşsalar da, xeyli sayda heyvan tələf olub və ya xəsarət alıb.

Hadisədən daha çox Niftalıyevlər ailəsi zərər çəkib. Canavarlar Hünər və Mais Niftalıyev qardaşlarının 3 baş inəyini parçalayıb, bir neçəsini isə ağır yaralayıblar.