"Mağazadan dondurma almışam, evdə baxırıq ki, yarımçıqdı. Əvvəlcə elə düşündük ki, yarısı istifadə olunub. Sonra mağazada bir neçəsini açıb baxdıq, hamısı yarımçıq idi.
Unikal.org xəbər verir ki, bu sözləri fotoqraf Orxan Əzim sosial şəbəkədə yazıb. Fotoqraf şikayət etdiyi zaman mağaza əməkdaşlarının belə ona inanmadığını qeyd edib:
"Satıcıya deyirəm ki, bəs yarımçıqdır. "Açıb yemisiz - deyir. Mübahisə etməmək üçün birini də alıb yanında açdım. O da eyni ilə belə oldu. Sonradan çəkisini ölçdük ki, qablaşdırılmada qeyd olunduğu kimi 450 qramdır. Çəkidə fərq olmasa da, qabın həcmi müştərini yanıldır. Əgər yarımçıq qablaşdırılırsa, qabın həcminə görə niyə müştərini aldadırlar? Dondurma Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən A-klass firmasına məxsusdur.