Bərdədə intihar hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, rayonun Dəymədağıldı kənd sakini, 1970-ci il təvəllüdlü Xəlilov Mətləb Sovet oğlu atasının evində müxtəlif dərman həbləri qəbul edərək özünü zəhərləyib.
Ağır vəziyyətdə xəstəxanaya gətirilən 47 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, intihar edən M.Xəlilov ailəli olub. O, son vaxtlar prostat vəzinin xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.