Goranboyda pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, "İsuzu markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb.

Qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

xxx


Goranboyda avtobus körpüdən aşıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.
Xeyli yaralının olduğu bildirilir.
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.