Bir neçə gün öncə Tbilisidə həbsxanadan azadlığa çıxan "Lavasoğlu Batumski ləqəbi ilə tanınan qanuni oğru Mindiya Qoradze ilə digər avtoritet Ceyran Honski arasında oktyabrın 26-da Türkiyədə qanlı hesablaşma olub.

Unikal.org xəbər verir ki, davaya səbəb C. Honskinin Qoradzenin həyat yoldaşına gizli şəkildə özünün erotik şəkillərini göndərməsi olub.

"Razborkada "Çia ləqəbli "vor zakon Laşa Barateli də iştirak edib.

Qeyd olunur ki, Ceyran "Lavasoğlu Batumskinin arvadına intim fotoları göndərdiyini inkar etməyərək bildirib ki, bu hərəkətində heç bir kriminallıq hal görmür və bu, oğruların müzakirə mövsusu olmamalıdır.

Bu cavabı eşidən Mindiya Ceyranı yumruqla vurub. O, "Çianın köməyilə Honskini məğlub edib.