Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik və Bakı Şəhər Baytarlıq idarələrinin əməkdaşları paytaxtın Xətai və Yasamal rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər.

DİN-in mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, reyd zamanı bir neçə mağaza sahibi - Yasamal rayonu ərazisində Bəhmən İmanov, Xətai rayonu ərazisində Sərxan Bayramov və İlqar Baxışov ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyin tələblərini, habelə Yasamal rayonundakı mağazanın sahibi Ramiz Nəsibov küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.