Bakıda xuliqanlıq hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini, 41 yaşlı Qərənfil Mustafayeva (ad şərtidir) polisə müraciət edərək bildirib ki, keçmiş həyat yoldaşı Nazim onu Cavanşir küçəsi 2 ünvanındakı binanın qarşısında döyüb.
Qadın bildirib ki, bir neçə il əvvəl həyat yoldaşından rəsmən boşanıb. Lakin bundan sonra da onlar arasında münaqişələr baş verib.
Müraciət əsasında araşdırma aparılır.