Salyan rayonunda yanğın olub. 

FHN-dən Unikal.org-a verilən məlumata görə, rayonun Qarabağlı kəndində ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.