Ötən gün Sumqayıtda su kanalından 367 ədəd partlamamış hərbi sursat aşkar edilib.
Unikal.org xəbər verir ki, bu barədə məlimat ANAMA-ya Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən daxil olub.
Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalın kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 367 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 350 ədəd 7.62 mm-lik patron və 15 ədəd 12 mm-lik patron), 1 ədəd AKM avtomatı, 2 ədəd Vinçestr Stinger markalı tüfəng, 1 ədəd TT markalı tapança və 1 ədəd kustar üsulla hazırlanmış silah aşkar edilib, silahlar Sumqayıt şəhər polis şöbəsinə təhvil verilib, partlamamış hərbi sursatlar isə Agentliyin mütəxəsisləri tərfindən götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş silah-sursatın ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.