Bakı-Tbilisi-Qars dəmiryolunun ilk səfərinin başladılması mərasimi üçün Bakıya gələn Rəcəb Tayyib Ərdoğan bu gün İlham Əliyev ilə ikitərəfli danışıqlar reallaşdırır.

Unikal.orgxəbər verir ki, Türkiyə prezidenti R.T Ərdoğan şəxsi "tvitter səhifəsindən səmimi görüşün fotosunu paylaşıb.

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin səhifəsini də işarələyərək şəkilə belə rəy yazıb:

"Səmimi və istiqanlı qonaqpərvərliyi üçün dost və qardaş Azərbaycanın prezidenti (@presidentaz) cənab İlham Əliyev qardaşıma təşəkkür edirəm".